Qeyri-neft məhsullarını ixrac etdiyimiz 5 əsas ölkə | Banco.az

Qeyri-neft məhsullarını ixrac etdiyimiz 5 əsas ölkə

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 3 milyard ABŞ dolları təşkil edib. 

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayına istinadla xəbər verir ki, ilk 11 ayda ən çox qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələr bunlar olub:

1. Rusiya Federasiyası (1 milyard ABŞ dolları)

2. Türkiyə (728,8 milyon ABŞ dolları)

3. Gürcüstan (299,9 milyon ABŞ dolları)

Ən sərfəli kredit üçün müraciət et

4. İsveçrə (154,6 milyon ABŞ dolları)

5. Qazaxıstan (89,9 milyon ABŞ dolları)

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram