Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask uzun müddətdir aktiv olmayan “Twitter” profillərini bağlamaq qərarına gəlib.
Banco.az xəbər verir ki, “Twitter”in baş icraçı direktoru İlon Mask platforma istifadəçilərinə yaxın günlərdə izləyicilərinin sayında azalma ol biləcəyi barədə xəbərdarlıq edib. Mümkün azalmanın səbəbi isə bir müddətdir ki, aktiv olmayan hesabların bağlanması ilə bağlı qərardır.
Qərarın ən mübahisəli məqamı da cəmiyyətdə tanınan və dünyasını dəyişən şəxslərin profillərinin aqibəti ilə bağlı olub. Aktiv olmayan hesabların bağlanmasına dair ünvanlanan suala Mask vəfat etmiş məşhurlar üçün əlavə qiymətləndirmə aparılacağını bildirərək cavab verib.
Xatırladaq ki, qeyri-aktiv profillərin bağlanması ideyası əslində “Twitter”in keçmiş idarəçiləri tərəfindən 2019-cu ildə irəli sürülüb. Lakin istifadəçilərin vəfat etmiş yaxınlarının hesablarının silinmə ehtimalına reaksiyaları kifayət qədər çox olduğu üçün şirkət qısa zamanda geri addım atıb.
Bizi sosial şəbəkələrdən izləyin!!