Xidmət şəbəkəsinin genişlənməsi, rəqabətin güclənməsi kimi bir sıra faktorlar bankların bazara daha maraqlı məhsullar çıxarmasına səbəb olur. Onlar öz hədəf auditoriyalarını genişləndirmək məqsədilə
Həmin məhsullara AFB Bank və Azərbaycan Beynəlxalq Bankı`nın təklif etdiyi bank kartlarını misal göstərmək olar.
Belə ki, AFB Bank bu yaxınlarda Həcc ziyarətinə gedən müştərilərinə “Zəvvar” ödəniş kartını təqdim etdi. “Zəvvar” ödəniş kartını debet kartı kimi istifadə etmək mümkündür və əldə etmək üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. “Zəvvar” debet kartının bir sıra üstünlükləri vardır:
- Kartın özəlliklərindən biri onun gülab ətirli olmasıdır.
- “Zəvvar” kartı tamamilə pulsuz əldə edə bilərsiniz
- “AFB Bank” bankomatlarından çəkilən nağd vəsaitə görə faiz hesablanmır.
- “AFB Bank” POS-terminallarından çəkilən nağd vəsaitə görə faiz hesablanmır.
- İnternet üzərində mal və xidmətlərin ödənişinə faiz hesablanmır.
- Digər bankların bankomat və POS-terminallarından çəkilən nağd vəsaitə görə 1.5% (min 3 AZN, 3.5 USD/EUR) xidmət haqqı tutulur
Bununla yanaşı “İslam Pəncərəsi” çərçivəsində Azərbaycan Beynəlxaq Bankı “Qibla Card” və “Jasmine Card” adı altında qeyri-adi kartlar təqdim edir. Əvvəlcə diqqətinizə “Jasmine Card”ın bir sıra xarakterik cəhətlərini çatdıraq.
- VISA Classic bazasında hazırlanmışdır və xüsusi çiçək qoxusu ilə yalnız qadınların istifadəsi üçün yaradılmışdır.
- “Jasmine Card”ı həm debet, həm də kredit kartı kimi istifadə etmək mümkündür.
- Debet kartı kimi “Jasmine Card”ın xidmət haqqı 1 illik – 25 AZN, 2 illik – 40 AZN, 3 illik isə 50 AZN-ə bərabərdir.
- Kredit kartı kimi “Jasmine Card”ın borc limiti 1000-3000 AZN/USD arasında dəyişir. İllik xidmət haqqı isə 205-565 AZN/USD kimi müəyyən edilmişdir.
- Debet kartı kimi “Jasmine Card” sifariş etmək üçün yalnız şəxsiyyət vəsiqəsi, kredit kartı kimi isə şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və zamin tələb olunur.
- “Azərbaycan Beynəlxalq Bankı” bankomatlarından çəkilən nağd vəsaitə görə 1% xidmət haqqı tutulur
- “Azərbaycan Beynəlxalq Bankı” POS-terminallarından çəkilən nağd vəsaitə görə 1% xidmət haqqı tutulur.
- İnternet üzərində mal və xidmətlərin ödənişinə faiz hesablanmır.
“Qibla Card”ı digər kartlardan fərləndirən xüsusiyyətlər:
- MasterCard Platinum bazasında hazırlanmışdır və Qiblənin təyin edilməsi üçün xüsusi elektron qiblə-kompas ilə təmin olunmuşdur.
- “Qibla Card”ı həm debet, həm də kredit kartı kimi istifadə etmək mümkündür.
- Debet kartı kimi “Qibla Card”ın xidmət haqqı 1 illik – 40 AZN, 2 illik – 80 AZN, 3 illik isə 80 AZN-ə bərabərdir.
- Kredit kartı kimi “Qibla Card”ın borc limiti 1000-3000 AZN/USD arasında dəyişir. İllik xidmət haqqı isə 220-580 AZN/USD kimi müəyyən edilmişdir.
- Debet kartı kimi “Qibla Card” sifariş etmək üçün yalnız şəxsiyyət vəsiqəsi, kredit kartı kimi isə şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və zamin tələb olunur.
- “Azərbaycan Beynəlxalq Bankı” bankomatlarından çəkilən nağd vəsaitə görə 1% xidmət haqqı tutulur.
- “Azərbaycan Beynəlxalq Bankı” POS-terminallarından çəkilən nağd vəsaitə görə 1% xidmət haqqı tutulur.
- İnternet üzərində mal və xidmətlərin ödənişinə faiz hesablanmır.