Qətər ətrafında yaranmış siyasi qalmaqaldan sonra ölkənin milli valyutasının məzənnəsi kəskin şəkildə ucuzlaşıb. Bu gün Qətər rialının məzənnəsi 2009-cu ildə qeydə alınan ən minimum həddən də aşağı qeydə alınıb.
Qeyd edək ki, bu gün Qətər milli valyutasına daha bir zərbəni Şri-Lanka vurub. Belə ki, Şri-Lankanın bir sıra bankları Qətər rialını almağı dayandırıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.
Mənbə: Trend.az