Müəllif: Tamara Mustafayeva, Banco.az
Bu yaxınlarda Premyer Liqaya sərmayə qoymağa qərar verən Qətər Fondu indi də "Mançester Yunayted", "Liverpul" və "Tottenhem"ə yönəlib.
Banco.az xəbər verir ki, dünyanın ən bahalı Dünya Kubokuna ev sahibliyi edən Qətər İngiltərə futbolunun ən böyük klublarından olan "Mançester Yunayted", "Liverpul" və "Tottenhem"in səhmlərini almağı planlaşdırır.
Qeyd edək ki, Amerikalı Qleyzer ailəsi bir müddətdir ki, “Mançester Yunayted2 üçün investor axtarır, klubu satışa hazırlayır. "Liverpul" da satış imkanlarını qiymətləndirir.
Xatırladaq ki, Qətər Dünya Kubokunun keçirilməsi üçün ölkədə infrastrukturun inkişafına ötən 10 il ərzində 200 milyard dollar xərcləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!