Qəribə səslənsə də sahiblərini zəngin etmiş 8 maraqlı ideya | Banco.az

Qəribə səslənsə də sahiblərini zəngin etmiş 8 maraqlı ideya

Yaxşı bir biznes üçün əvvəlcə ideya lazımdır. Ümumiyyətlə maraqlı biznes ideyası olan insanlar maaşa işləməkdən daha çox bu ideyanın həyata keçmə faizi nə qədər az olsa belə  həmin ideya vasitəsi ilə biznes qurmağa çalışarlar.  Əgər varlı olmaq istəyirsinizsə, ağılınıza hər hansı bir ideya gəlməsini gözləyin, bunun yaxşı olub-olmamasının önəmi yoxdur.  Dövrümüzə qədər elə biznes ideyaları uğur qazanıb ki, təəccüblənməmək əldə deyil.  Qəribə səslənən amma həmin ideya sahiblərinə  milyonlar qazandıran bəzi biznes ideyalarını sizə təqdim edirik.  

1)  Smayliklər.  

İdeya sahibləri   Bernard və Murray Spain qardaşlarıdır.  Əslində hər yerdə gördüyümüz  smayliklərin ilk şəklin çəkən insan ictimai əlaqələr sahəsində işləyən  Harvey Ball  adlı biridir.  Lakin o smaylik şəklinə görə patent almadığı üçün  Bernard və Murray Spain qardaşları  hər yerdə qarşılarına çıxan bu smaylikin patent hüququnu satın alırlar. Sonra isə onu bütün dünyaya yaymağa başlayırlar. 1972-ci ildə, smayliklərdən istifadə azalsa da onlar iki qardaşa 50 milyon dollar qazandırmışdı. Sonradan isə həmin smayliklər 2000-ci ildə Dollar Tree şirkətinə  500 milyon dollara satılmışdı.

2) Wacky WallWalker.  (Yapışqan oyuncaqlar)

İdeyanın sahibi Ken Hekutadır. Onun bu ideyasına anası köməklik edib,  daha doğrusu Yaponiyada yaşayan Hakutaya ilk yapşqan səkkizayaqlı oyuncaqla (Osminoq) anası tanış edib, belə ki anası Çindən Hakutaya bu Tako adlanan bu yapışqan oyuncağı göndərir.  O bu oyuncağa o qədər heyran qalır ki, 100 min dollar qarşılığında  patent hüququnu satın alıb  Washington bazarlarında satmağa başlayır və bu satışlardan bir müddət sonra 80 milyon dollara qədər gəlir əldə edir.

3) icanhascheezburger.com

İdeya sahibləri Eric Nakagawa və onun dostu Kari Unebasamidir. 2007-ci ilin yanvarın birində, Eric saytların birində Happycat kimi tanının pişiyin "I can has cheezburger?" başlıqlı şəklini paylaşır. Şəkil o qədər maraq doğurur ki,  həmin başlıq ona belə bir sayt yaratmaq ideyasını verir. Sayt yarandıqdan sonra sayta daxil olan istifadəçilər müxtəlif şəkilləri montajlıyaraq  və üzərinə gülməli yazılar yazaraq paylaşmağa başlayırlar.  Sayt  gündəlik 8000 paylaşımı ilə ayda 35 milyondan çox kliklənmə əldə edir.   2007-ci ilin sentyabrında sayt indiki CEO-su  Ben Huha 2 milyon dollara satılır.  Ben isə həmin saytla əlaqəsi olan 6 sayt daha açır və bir də kitab yazır. Şirkət, New York Times ən çox satılanlar siyahısına girən kitabla  yarım milyon dollar da əldə edir.

4) Oyuncaq yay

İdeya sahibi Riçard Jamesdir. Ona milyonlar qazandıran bu ideya nə qədər gülməli olasa da öz bacarıqsızlığından gəlib.  Belə ki, bir gün iş görərkən əlindəki gərginlik yayını yerə düşürür və yerə düşərkən döşəmənin üzərində sıçramasını müşahidə edir. 1945-ci ildə ilk oyuncaq ABŞ-ın  nüfuzlu şəhəri olan Filadelfiyada  satışa çıxarılır. Oyuncaqların təqdimatını bir dostuna həvalə etsə də, Riçard bu ərəfədə çox həyəcanlı idi. Lakin bu həyəcanı əbəs yerə idi, çünki 90 dəqiqə ərzində 400 ədəd oyuncaq satılmışdı bu isə Riçarda 250 milyon dollar qazandırmışdı.

5) Ədyal

Allstar Products Group CEO’su Scott Boilen üçün belə bir ideyaya patent almaq heç də gülməli səslənmirdi. Biznesdə reklamın əhəmiyyəti haqqında yəqinki məlumatınız var, Boilen də belə bir marketinq strategiyasından istifadə edərək, ədyalların satışa çıxdığı bir il ərzində 20 milyon ədəd ədyal satmışdı. Amma bir sual verim, 19.95 dollarlıq bir ədyal üçün ödəniş edərdinizmi?. Elə bu suala görə, bəzi insanlar bu məhsulun belə bir uğur əldə etməsinin tək səbəbini möcüzəli satış olaraq dəyərləndirirdilər. Hər halda Boilen  bu satışdan 200 milyon dollar gəlir əldə etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

6) milliondollarhomepage.com

Nottingham Üniversitetində təhsil alan Alex Tew öz universitet ödənişini ödəməkdə çətinlik çəkirdi. Pul qazanmaq üçün  hələ 21 yaşında olarkən 2005-ci ilin avqustunda  The Million Dollar Homepage adında internet səhifəsi  yaradır.  Bu səhifəni bir milyon pikselə bölərək hər pikseli 1 dollardan satışa çıxarır.  Bunun vasitəsi ilə alıcılar şirkətlərinin loqolarını və ya reklamlarını əlavə edərək şirkətlərinin saytına birbaşa əlaqə yarada biləcəkdi. Amma bir sual qaranlıqdır, Tew özü ingilis idisə niyə  ingilis sterlinqi yerinə ABŞ dollarını seçmişdi. Çünki  Tew fikirləşirdi ki, ABŞ-da internet istifadəçiləri İngiltərədən çoxdur, ona görə də əgər piksellər dollar isə satılarsa daha çox alıcısı olacaq.  “Own a piece of internet history!”   şüarı ilə yaradılmış sayt 2006-cı ilin 11 yanvarında sonuncu pikselini də sataraq 1 milyon dollarlıq gəlir əldə etmişdi.  Məqsədi bütün piksellərini satıb sahibinə bir milyon dollar qazandırmaq olan sayt  hədəfinə çatmışdı.

7) Beanie Babies

İdeyanın sahibi Warner idi. O bir kisəni noxudla dolduraraq onlara tüklü qulaqlar taxdı və qəribə adlar verdi.  Onun bu ideyası ilə hər kəs lağ etsə də, Atlantadakı ilk çıxışında 30.000 ədəd  Beanie Babies oyuncaqlarından satmışdı. O heç vaxt bu oyuncaqları reklam etmədi, həmdə dövriyyəyə çox buraxmadı . Beləliklə  onun bu oyuncaqlarının dəyəri artırdı.  İdeyası nə qədər qəribə olsa belə , ona  5 milyon dollar qazandırmışdı.

8) Pet Rock

İndi sizə çox gülməli bir ideya hekayəsindən bəhs edəcəm, bu hekayəni özüm sona saxladım ki, daha maraqlı olsun.  Gary Ross Dahl reklam işi ilə məşğul idi. Bir gün həyatını dəyişdirəcək bir ideya ağlına gəldi, kiçik qayalardan ev heyvanı yaratmaq.  Təsəvvür edin, həmin ev heyvanı nə çirklənir, allergiya vermir və altını batırmır. Bəs o belə bir fikrə necə gəlmişdi? Bir gün barda içki içərkən insanların ev heyvanlarına qulluq etməyin nə qədər çətin olduğunu eşitdi.  Çox ağıllı biri olan Dahl ətrafındakılara özünün də ev heyvanı olduğunu amma belə bir problem yaşamadığını söylərək  insanların diqqətini cəlb etdi və fikirlərinə “Mənim evcil qayam var” deyərək davam etdi. Reaksiyaların müsbət olduğunu görən Dahl,  bu ideya ilə pul qazanmağa başladı.  Bunun üçün özünə iki investor tapdı, və bir qutu çimərlik qayası aldı. İndi etməsi lazım olan tək şey, bu qayaları bəzəyərək paketləmək idi.  Evcil qayaların rahat şəkildə nəfəs alması üçün paketdə deşiklər açmışdı, eyni zamanda qayanı paketin içində hazırladığı yumşaq çarpayıya uzandırmışdı.  Qutuya evcil qayaya qulluq etmək üçün lazım olan təlimat kitabını da qoymuşdu. Bazara ilk çıxdığı zaman bir 3,95 dollardan satılan evcil qayaların sayı bir milyon yarımı keçmişdi. Bu yüksək satışlar nəticəsində  Dahl özünə bir Mercedes almışdı. 

Xəzər Aslanov. Banco.az

Bunlar da maraqlıdır

Marketinq miks teoremi

Bitcoinlə zəngin olan 18 yaşındakı milyonçu Erik Finmanın hekayəsi

Bitcoin milyarderi olan əkiz qardaşların hekayəsi

Paypal mafiyasının üzvlərinin aqibəti nə ilə nəticələndi?