"Qərbin sanksiyaları bazar iqtisadiyyatının qaydalarını pozur" | Banco.az

"Qərbin sanksiyaları bazar iqtisadiyyatının qaydalarını pozur"

Müəllif - Aida İsaq, Banco.az

"Qərb ölkələri sanksiyalar tətbiq etməklə özləri bazar iqtisadiyyatı qaydalarını pozurlar". Banco.az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov səsləndirib.

O qeyd edib ki, bazarı və ya ümumilikdə iqtisadiyyatı mühakimə etməzdən əvvəl aktivlərin və ticarət əlaqələrinin dondurulduğu zaman ölkələrin başqalarına münasibətdə, xüsusən də Rusiyaya münasibətdə verdiyi qərarlara diqqət yetirmək lazımdır.

“Hamımızın üzv olduğu ÜTT təşkilatı daxilində bu prosedurlar həqiqətən də bazar sistemiyləmi idarə olunur? Təbii ki, yox” - deyə Siluanov bildirib.

Nazir dünya bazarlarında əmtəə qiymətlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələr barəsində də fikirlərini bölüşüb. Belə ki, A.Siluanov iqtisadi qanunlarla zarafat etməyin mükünsüzlüyünü vurğulayaraq məhdudiyyətlərin tətbiq edildiyi halda qiymət artımlarının təbii proses olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et