Qərbi Balkan ölkələri yaşıl enerjiyə investisiya qoyacaq | Banco.az

Qərbi Balkan ölkələri yaşıl enerjiyə investisiya qoyacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qərbi Balkan ölkələrinin rəhbərləri yaşıl enerjiyə investisiya qoyuluşu üçün razılığa gəliblər.

Banco.az xəbər verir ki, Qərbi Balkan ölkələri Serbiyanın paytaxtı Belqradın ev sahibliyi ilə bərpa olunan enerjiyə investisiya imkanlarını müzakirə etmək üçün bir araya gəlib.

Belqradda keçirilən Norveç-Qərbi Balkan Biznes Forumunda ev sahibi Serbiyanın Prezidenti Aleksandr Vuçiç, həmçinin Albaniyanın Baş naziri Edi Rama, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovacevski, Monteneqronun Baş naziri Dritan Abazoviç, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Zoran Tegeltija və Norveçin energetika nazirinin müavini Andreas Eriksen iştirak ediblər.

Daha sonra baş tutan birgə mətbuat konfransındakı çıxışı zamanı Vuçiç ölkəsinin rufahı üçün enerji sahəsinə daha çox sərmayə qoyulacağını, bu çərçivədə görüləsi işlərin Norveçlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Şimali Makedoniyanın Baş naziri Dimitar Kovacevski isə region ölkələrinin yaşıl enerji potensialından istifadə edə imkanlarını qeyd edərək regionun yaşıl enerji istehsalı mərkəzi kimi inkişaf edə biləcəyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et