Qərbi Avropada ən hündür bina Danimarkanın kiçik şəhərində ucaldılacaq | Banco.az

Qərbi Avropada ən hündür bina Danimarkanın kiçik şəhərində ucaldılacaq

Qərbi Avropada ən hündür bina Danimarkanın kiçik şəhərində inşa ediləcək.

Danimarka KİV-ləri xəbər verir ki, bina yeddi min əhalisi olan çox kiçik şəhərdə tikiləcək. Belə bir binanın tikilməsi planı çoxdan mövcud olsa da, bu, Brande şəhərinin bələdiyyə şurası tərəfindən yalnız martın ortalarında təsdiqlənib.

Hündürlüyü 320 metr olacaq yeni göydələn Londonun “Shard” qülləsindən hündür və təxminən Parisin Eyfel qülləsi ilə eyni ucalıqda olacaq.

İkast-Brande kommunasının meri İb Lauritsen Danimarka teleşirkətinə müsahibəsində deyib: “Bu, Brande şəhəri üçün böyük əhəmiyyət kəsb edəcək. Lakin mən bu məsələnin bütün Mərkəzi Yutlandiya üçün əlamətdar olacağına şübhə etmirəm”.

Vağzalına görə bu vaxtadək əsasən dəmiryol şəhəri kimi tanınan Brandedə Qərbi Avropada ən hündür göydələnin olması həqiqətən də təəccüb doğura bilər.

Ən sərfəli kredit üçün müraciət et

Danimarka landşaftının hamar olması sayəsində qülləni təxminən 65 kilometr məsafədən görmək mümkün olacaq.

Bununla yanaşı, inşaatla bağlı planlar yerli merin təkəbbürlü xəyallarının nəticəsi deyil, daha doğrusu “bestseller” geyimləri istehsal edən şirkətin 1970-ci illərdə Brandedə əsasının qoyulmasından sonra uğurlarının beynəlxalq tarixçəsinin nəticəsidir. “The Guardian” qəzeti bildirir ki, əsasən “Jack & Jones” və “Vero Moda” kimi brendlərlə məşhur olan şirkət göydələndən yeni mənzil-qərargah qismində istifadə etməyi planlaşdırır. Burada, həmçinin restoranların və mağazaların yerləşdiriləcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, göydələnin tikintisi 2023-cü ildə başa çatdıralacaq.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et