Qərb ölkələrinin qərarları qlobal ərzaq təhlükəsizliyinə ağır zərbə vurur | Banco.az

Qərb ölkələrinin qərarları qlobal ərzaq təhlükəsizliyinə ağır zərbə vurur

Müəllif -Aida İsaq, Banco.az

Dünyada ərzaq böhranının qarşısının alınması üçün Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar paketini yenidən nəzərdən keçirməlidir.

Banco.az xəbər verir ki, bu barədə politoloq Kamran Boxari bildirib. Onun sözlərinə görə, müvafiq sanksiyalar qlobal ərzaq təhlükəsizliyinə ağır zərbə vurub. Asiyada Şri-Lanka və Pakistan ərzaq qıtlığından əziyyət çəkməyə davam edir. İndoneziya və Myanmanın Rusiya və Ukraynanın taxıl və gübrə tədarükündən asılı olması vəziyyəti daha da ağırlaşdırıb. Siyasətçi məhdudlaşdırılmaların gübələrin daşınmasına göstərdiyi təsirlə eyni zamanda tədarük zəncirinin pozulduğunu qeyd edib. Bu səbəbdən sığorta və ticarətin maliyyələşdirilməsi xərcləri də artmağa davam edir. 

Ekspertin fikrincə, Rusiya gübrələrinə tətbiq edilən sanksiyaların aradan qaldırılması bütün dünyada ərzaq istehsalını artıracaq. O, gübrələrin satışından əldə olunan gəlirlərin Rusiyanın iqtisadi vəziyyətinə bir o qədər də güclü təsir göstərmədiyini vurğulayaraq, bunun əslində milyonlarla insanın aclıqdan xilas olmasını təmin edə biləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram