Qərar qəbul edərkən nələrə diqqət yetirmək lazımdır? | Banco.az

Qərar qəbul edərkən nələrə diqqət yetirmək lazımdır?

Bir araşdırmaya görə psixiatr Dr. Onur Okan qadınların boşluqlar və fövqəltəbii hadisələr haqqında inanclarının kişilərdən daha yüksək olduğunu bildirib.

Onur Okan Demirci "Araşdırmalara görə, kişilərin daha çox risk alaraq nəticə əldə etməyə çalışdıqları amma qadınların isə qərar verərkən daha intuitiv olduqları məlum olub" deyib.

Araşdırmada İstanbul Gelişim Universitetində işləyən psixiatr, sehirli düşüncə vasitəsilə (düşüncə və ya hərəkət ilə cisimlərə təsir etmə, düşüncə gücü ilə yağışın yağacağına inanmaq, xəyallarda görünənlərin reallaşmasının) müəyyən edildiyini bildirib.

Onur Okan Demirci "Qərar qəbul edərkən kişilərin daha çox risk amma qadınların isə intuisiyadan istifadə edərək nəticə əldə etməyə çalışdıqları görünüb. İntuisiyasının güclü olduğunu söyləyən insanlar daha çox xəyali bir dünyaya daxil olur və sehrli düşüncələrə daha çox inanırlar. Bu səbəblə güclü intuisiya hissi olan insanlar daha çox reallıqla əlaqəni kəsir və idraki düşüncəsindən (məntiqi şüurlu düşüncədən) uzaqlaşırlar".

Qadınların sehirli düşüncələrinin kişilərdən çox olduğunu söyləyən psixiatr "Sosial təzyiq altında hiss etmək, cinsiyyət rolundakı məhdudiyyətlər, qadınların travmatik həyat hadisələrinə daha çox məruz qalması, kişilərə nisbətən istəkləri reallaşdırmaqda daha çox çətinlik çəkmək, qadınlarda ani stres səviyyələrini artıraraq bundan qaçmağın bir yolu kimi xəyallarına daha çox meyl göstərmələrinə səbəb ola bilir.

Ən sərfəli kredit üçün müraciət et

Qadınlar, stress səviyyələri artdıqca, reallıqlardan ayrılmağa meyilli olur bu da ciddi bir həyat və psixoloji problemə gətirib çıxarır".

sonxeber

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et