Qənaət etməyin 5 effektiv üsulu | Banco.az

Qənaət etməyin 5 effektiv üsulu

Müəllif: Tamara Mustafayeva, Banco.az

Son dövrlərdə qlobal iqtisadi artımın zəifləməsi, ayrı-ayrı ölkələrdə qiymətlərin bahalaşması kimi faktorlar dünyanın demək olar ki, hər yerində insanları büdcəyə qənaət etmək üçün müvafiq addımlar atmağa sövq edir.

Banco.az pula qənaət etməyin ən effektiv üsullarından bəzilərini təqdim edir:

1. Alış-verişi birdəfəlik edin

Müntəzəm olaraq aldığınız məhsulları topdan satış yerlərindən almaqla pulunuza qənaət edə bilərsiniz.

2. Hazır yeməklər almaqdan yayının

Əvvəlcədən bişmiş hazır qızdırılan və ya mikrodalğalı sobada bişirilə bilən yeməklər adətən bahalı olur. Odur ki, evdə yemək hazırlamağa, bacardıqca bayırda yeməməyə çalışın.

3. İşə yeməyi evdə hazırlayıb aparın

Bu yolla nahar xərclərinizi yarıya qədər azalda bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

4. Xərclərinizə nəzarət edin

Aylıq xərclərinizi yazılı şəkildə qeyd edərək harada israf etdiyinizi öyrənə bilərsiniz.

5. Dəqiq hədəf müəyyən edin

Müəyyən bir müddətdə müəyyən miqdarda pula qənaət etməyi qarşıya məqsəd kimi qoyduğunuz təqdirdə pulunuzu lazımsız şeylərə xərcləməkdən daha asan yayına bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et