Qəhvə haqqında hər şey - Ən bahalısı, İstehsal prosesi, Faydaları | Banco.az

Qəhvə haqqında hər şey - Ən bahalısı, İstehsal prosesi, Faydaları

QƏHVƏ - üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içkidir. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.

 

 

Qısa tarixi.

Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.

Y.V.Göte qəhvə dənəciklərini distilə etmək ideyasını verir. Bu ideyanı həyata keçirən zaman kimyaçı Fridlib Runq kofeni aşkar edir.

Tezliklə qəhvə Fars və Osmanlı İmperiyasına yayılır. 1517-ci ildə Yavuz Sultan Səlimin dövründə türk əsilli Özdəmir paşa Yəməndə içdiyi və çox sevdiyi qəhvəni İstanbula gətirmişdir.

1645-ci ildə Venesiyada, 1650-ci ildə Oksfordda və 1652-ci ildə Londonda qəhvə evləri mövcud idi. Daha sonra bu bütün Almaniyanı bürüyür və XVII əsrin sonu böyük şəhərlərin əksəriyyətində qəhvə evləri fəaliyyət göstərirdi.

1899-cu ildə isveçrə kimyaçısı Maks Morqentaller qəhvə tozunu düzəldir. Həll olan qəhvə XX əsrin 40-cı illərindən başlayaraq geniş yayılır.

 

Yetişdirilməsi və istehsalı.

Bol Yağışlardan sonra qəhvə ağacı ildə 3 dəfə çiçək açır. Yeni çiçək verməyə başlamış ağacın bir budağında 20-30 min çiçək olur. Açılan çiçəklər bir neçə saat sonra solmağa və meyvə formasını almağa başlayır. Meyvənin üstü nazik bir təbəqə ilə örtülür, təbəqənin özüdə sərt bir qabıqla örtülüdür. Əgər toxumluq kimi istifadə olunacaqsa qabığından ayrılmır. Meyvələrə çox diqqətli nəzarət lazım olur, çünki yetişən meyvələr 14 gün içində artıq çürüməyə başlayır.

Əl və ya maşın ilə toplanır. Toplanan qəhvə dənələri tək-tək seçilir və tam dəymişlər digərlərindən ayrılır. Qəhvənin keyfiyyətini qorumaq üçün həftələrlə qurudulması lazım ola bilir.

Qovrulma üsuluna gəldikdə - 3 formada (light, medium, dark), qovrulma müddətindən asılı olaraq azdan çoxa doğru dəyişir. Beləliklə siz az qovrulmuş (light) qəhvə dənələrində turşunun miqdarını aşkar şəkildə  hiss edə bilirsiniz.  Çox qovrulmuş (dark) qəhvə dənələrində turşunun miqdarı minimuma enərək, qəhvənin aroma və özəl dadı ortaya çıxır. Ona görədə daha böyük kütləyə xitab edə bilir.

Bir sonrakı mərhələ isə müxtəlif vasitələrlə üyüdülmə prosesidir.

Faydaları.

  • Metabolizmanı az da olsa sürətləndirir. İstirahət zamanı enerjinizin bərpasaını həyat keçirir. Daha ayıq düşünməyə və fikir yürütməyə əhəmiyyətli dərəcədə təsir edə bilir.
  • Yaşlılarda yaddaşın gücləndirilməsinə yardım edir.
  • Miqren problemini azaldır. Lakin mütəmadi istifadədən sonra qəhvənin rasiondan çıxarılması, miqren ataklarının artmasına yol aça bilər.
  • İmmuniteti artırır və xəstəliklərə qarşı mubarizənin güclənməsinə yardımedir.

 

Ən sərfəli kredit üçün müraciət et

Zərərləri

  • Hamiləlik dönəmində qadınlarda 3 fincan və daha çox miqdar, negativ tərislərə səbəb ola bilir.
  • Axşam saatlarında istifadəsi, yuxusuzluq, səbrsizlik, əsəbilik duyğularını artırır.
  • Ürək-damar sistemində ritm problemi olanların infakt riskini az da olsa artıra bilər.
  • 5 fincandan çox istifadə, sümük əriməsinə(Osteoporoz) gətirib çıxara bilər.

 

İllik Statistik Göstəricilər.

  • Beynəlxalq Qəhvə Təşkilatının (İCO) statistikasına görə, illik (2017 Okt. - 2018 Avg.) qəhvə ixracı 112.52 milyon kisə (60 kq.-lıq) təşkil etmişdir.
  • İl ərzində təxminən 150-155 milyon torba (60 kq.-lıq) qəhvə istehsal edilir
  • Qəhvə 70-dən çox ölkədən istehsal edilməkdədir.
  • Bir ildə adam başına ən çox Qəhvədən istifadə edən 5 ölkəni sizin üçün sıralayıram:
  1. Finlandiya (12kq)      
  2. Norveç (9.2kq)                      
  3. İslandiya (9kq)
  4. Danimarka (8.7kq)
  5. Hollandiya (8.4kq)
  6. İsveç (8.2kq)
  7. İsveçrə (7.9kq)
  8. Belçika (6.8kq)
  9. Lüksemburq (6.5kq)
  10. Kanada (6.2kq)
  • Ən böyük Qəhvə istehsalçılarının 2017-ci il üçün göstəriciləri. (min ədən 60kq.lıq torba) :

Ən Bahalı Qəhvə.

Kopi Luwak – dünyanın ən az istehsal edilən və ən bahalı qəhvəsidir. Bu məhsul, İndoneziyanın Sumatra adasında yaşayan Misk Pişiklərinin bu qəhvə meyvələrini yeyib sonra ifraz edərək ortaya çıxardıqları qəhvə toxumlarından əldə olunur. Qəribə və təəccüblü olsada bu vasitə ilə daha aromatik və ləzzətli,  qəhvə ortaya çıxmış olur. Bu isə Misk pişiyinin mədəsinin qəhvə dənələrinə kimyəvi təsiri ilə əlaqədardır.

Bir kiloqramı 550 Euro və ya 700 dollara satılmaqdadır. Bir fincanının dadına baxmaq istəsəniz, 35-100 dollar arası xərci gözə almalısınız.

Bu qəhvə çeşidi, ildə sadəcə 250-500 kq istehsal edilməkdədir.

Fuad VAHABZADƏ, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et