Müəllif: Gülnar Əhmədli, Banco.az
İngiltərədə yaşayan gənc qadın - Dotti Turnbull ənənəvi ev almaq əvəzinə fərqli seçim edərək həyatını dəyişib. O, təxminən 40 min dollara kiçik bir qayıq alaraq burada yaşamağa başlayıb.
Banco.az xəbər verir ki, bu qərar nəticəsində qadın kirayə və digər yaşayış xərclərindən xilas olub. Daha az xərc çəkməsi isə ona hər ay təxminən 1000 dollar həcmində qənaət etməyə imkan verir.
Gənc qadın bildirib ki, qayıqdakı həyat ona təkcə maddi üstünlüklər qazandırmayıb, həm də təbiətə daha yaxın, daha dinc bir həyat imkanı yaradıb.
Mütəxəssislər bildirir ki, bu kimi hallarda “qazanc” anlayışı birbaşa gəlir deyil, xərclərin azalması nəticəsində yaranan maliyyə üstünlüyüdür.
Son illərdə ev qiymətlərinin artması fonunda qayıq, “tiny house” və mobil həyat tərzi kimi alternativlər daha populyarlaşır. Bununla belə, belə həyat tərzinin məhdud sahə, texniki qulluq və hava şəraiti kimi çətinlikləri də mövcuddur.
Qeyd olunur ki, bu üsul hər kəs üçün uyğun olmasa da, xərcləri azaltmaq istəyənlər üçün maraqlı alternativ hesab edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
