“Qəhrəman Övladıyıq” adlı bədii-musiqili kompozisiyanın təqdimatı baş tutdu | Banco.az

“Qəhrəman Övladıyıq” adlı bədii-musiqili kompozisiyanın təqdimatı baş tutdu

7 noyabr tarixində "PAŞA Həyat" və "PAŞA Holding" şirkətlərinin birgə təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyilə "Qəhrəman Övladıyıq" adlı Şəhidlərə həsr olunmuş bədii kompozisiyasının təqdimat mərasimi baş tutdu.

Zəfərin ikinci ildönümü ərəfəsində ərsəyə gələn layihə çərçivəsində Vətən müharibəsi Şəhidinin həyat yoldaşı bəstələdiyi mahnıya ifaçılar Vətən uğrunda canını qurban verən şəhidlərimizin övladları oldu.

Təqdimat zamanı “PAŞA Həyat” şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov layihə haqda qısa məlumat verdi, “PAŞA Holding” və “PAŞA Həyat” şirkətlərinin bu mövzuya olan diqqətindən danışdı. Daha sonra layihə rəhbəri Məryam Xanım Abasaliyeva layihənin yaranma tarixi və detalları haqda bəhs etdi. Bundan savayı, tədbirdə rəsmi qonaqlar arasında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Sabinə Əliyeva, millət vəkili Ceyhun Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq və Qiymətləndirmə flialın müdiri Elnur Əliyev və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə iştirak və çıxış etdilər.

Tədbirin sonunda şəhidlərə həsr olunmuş unikal vahid fotobank nümayiş olundu. www.Karabakhlife.az saytı vasitəsilə hər bir istifadəçi həm məlumatları əldə edə, həm də platformada mövcud olan məlumatları zənginləşdirə bilər.

Qeyd edək ki, sözügedən layihələr “PAŞA Holding” və “PAŞA Həyat” şirkətlərinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir!

Ən sərfəli kredit üçün müraciət et

Zəfəri bizə bəxş edənlərə ithaf olunmuş həmin bədii-musiqili kompozisiyanı şirkətin rəsmi sosial səhifəsindən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=KO4llFgNajo

“Qəhrəman Övladıyıq” adlı bədii-musiqili kompozisiyanın təqdimatı baş tutub (FOTO)

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et