Rusiyanın enerji nəhəngi "Qazprom" üçüncü rüb maliyyə göstəricilərini açıqlayıb.
"Qazprom" ilin üçüncü rübündə 211.79 milyard rubl xalis mənfəət əldə edərək, analitiklərin 199.83 milyard rubl səviyyəsindəki proqnozunu aşıb.
Şirkətin eyni dövrdəki satış gəliri 1.62 trilyon rubl təşkil edib. Proqnoz 1.65 trilyon rubl idi.
"Qazprom"un əməliyyat mənfəəti üçüncü rübdə 191.75 milyard rubl səviyyəsində reallaşaraq bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62% azalıb.
Vergidən əvvəlki mənfəət 274.18 milyard rubl təşkil edib, bu, illik müqayisədə 43 azdır.
"Qazprom"un Avropa Birliyi (AB) və Türkiyəyə təbii qaz satış qiyməti üçüncü rübdə ortalama 1000 kub metr təbii qaz üçün 169.8 dollar olub.
marja