“Qazprom” şirkətinin xalis mənfəəti kəskin azalıb | Banco.az

“Qazprom” şirkətinin xalis mənfəəti kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Qazprom” şirkətinin 2022-ci il üzrə mənfəəti kəskin azalıb.

Banco.az xəbər verir ki, Rusiyanın aparıcı enerji şirkəti “Qazprom”un 2022-ci il üzrə xalis mənfəəti əvvəlki illə müqayisədə 41 faiz azalaraq 1,2 trilyon rubla (təxminən 15,3 milyard dollar) düşüb. Bununla belə, şirkət sözügedən dövrdə yüksək səviyyədə mənfəət əldə etdiyini açıqlayıb.

Bu barədə şirkət rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, şirkətin gəliri isə əvvəlki illə müqayisədə 10,2 trilyon rubldan 11,6 trilyon rubla yüksəlib.

Xatırladaq ki, ötən ildən bu yana Avropanın bir çox ölkəsi Ukraynadakı müharibəyə görə Rusiyadan qaz idxalını dayandırmaq və ya azaltmaq qərarına gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et