Qazaxıstanda deputatlar və dövlət qulluqçuları öz gəlirlərini ictimaiyyətə açıqlayacaqlar | Banco.az

Qazaxıstanda deputatlar və dövlət qulluqçuları öz gəlirlərini ictimaiyyətə açıqlayacaqlar

Ümumi bəyannamənin tətbiq edilməsi ilə vətəndaşların ayrı-ayrı kateqoriyaları, deputatlar və dövlət qulluqçuları yeni forma dolduraraq ictimaiyyətə açıqlayacaqlar. Mailyyə nazirinin müavini Ruslan Yesenbayev bildirib ki, 2020-ci ildən müxtəlif açıq mənbələrdə, işəgötürənlərin saytlarında və digər qaynaqlarda bu məlumatlar açıqlanacaq.

Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi sədrinin müavini vəzifəsini icra edən Talqat Mamayev bildirib ki, bəyannamələrini məcburi şəkildə açıqlayacaq dövlət qulluqçularının konkret kateqoriyaları müəyyənləşdirilib. Buraya ilk növbədə siyasi məmurlar, A korpusunu təmsil edən inzibati dövlət vəzifələrində çalışanlar, məhkəmə hakimləri, deputatlar, dövlət təşkilatlarının və dövlətin pay sahibi oladuğu müəssisələrin rəhbərləri daxildir. T.Mamayev qeyd edib ki, burada bir məqam var: siyahı müvafiq dövlət orqanlarının, eləcə də hökumətin ümumi rəsmi saytında yerləşdiriləcək və ictimaiyyətin siyahı ilə tanış olmaq imkanı olacaq: "Biz bu vəzifəni müvafiq dövlət orqanlarının kadr xidmətlərinə həvalə etmişik, onlar tamamlanmış bəyannamələrdəki göstəriciləri veb resurslarda nəşr edəcəklər".

Ən sərfəli kredit üçün müraciət et