Qazaxıstan parlamenti Aİİ ilə İran arasında sazişi təsdiqləyib | Banco.az

Qazaxıstan parlamenti Aİİ ilə İran arasında sazişi təsdiqləyib

Qazaxıstan parlamentinin Məclisi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında imzalanmış gömrük rüsumlarının azaldılması haqqında müvəqqəti sazişi qəbul edib. Saziş Aİİ-yə üzv ölkələr ilə İran arasında azad ticarət zonalarının yaradılmasını nəzərdə tutur. Bu sənədin imzalanmasında məqsəd preferensial ticarət rejiminin tətbiqi və məhdud sayda malların İranla Aİİ-yə üzv dövlətlər arasında qarşılıqlı ticarət zamanı tutulan idxal gömrük rüsumlarının azaldılmasıdır. Gömrük vergisinin azaldılması üçün tərtib olunan siyahı Aİİ ölkələri tərəfindən 502 əmtəə nomenklaturası kodunu, İran tərəfindən isə 360 əmtəə nomenklaturası kodunu əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et