Qazaxıstan Fond Birjasında səhər ticarəti nəticəsində ABŞ dollarının məzənnəsi tarixdə ilk dəfə 370 tengeni keçərək 372,58 tenge səviyyəsinə çatıb. Birjadan bildirilib ki, ümumi ticarətin həcmi 81,4 mln. dollar təşkil edib.
Banco.az "Report"a istinadən xəbər verir ki, bununla yanaşı, Astana və Almatıdakı valyutadəyişmə məntəqələrində nağd dollar 375,5 tengeyə satılır.
Qeyd edək ki, 2015-ci il avqustun 20-də Qazaxıstan yeni iqtisadi siyasətə - üzən məzənnə rejiminə keçib. Sonuncu tarixi antirekord yanvarın 12-də qeydə alınıb və 367,61 tenge/dollara bərabər olub.