Müəllif: Tamara Mustafayeva, Banco.az
Qazaxıstan 2023-cü il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinə başlayacaq.
Banco.az xəbər verir ki, Qazaxıstanın baş naziri Əlixan İsmayılov parlamentin həftəlik plenar iclasından sonra mətbuata açıqlamasında neft ixracının şaxələndirilməsi üçün xüsusi yol xəritəsi hazırladıqlarını bildirib.
“Gələn il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neft nəqlinin həyata keçirilməsini ehtiva edən müqaviləmiz var. Gələcəkdə isə bu istiqamətdə daşımaların 6-6,5 milyon tona çatdırılması üçün işləyirik”, deyə o, qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!