Müəllif - Aida İsaq, Banco.az
2023-cü ilin sonuna qədər qatlana bilən smartfonların tədarükü 19,8 milyon ədədə çatacaq.
Banco.az xəbər verir ki, bu da ötən ilə məxsus 12,8 milyon cihaz səviyyəsi ilə müqayisədə 55% çoxdur. Qatlana bilən smartfonların məşhurlaşmasına səbəb olaraq OLED ekranlar və əsas komponentlərin qiymətinin ucuzlaşması göstərilir.
Müvafiq texnologiya sektorunda artan rəqabət fonunda “Samsung” liderliyini qoruyur. “Huawei” isə onu sürətlə izləyir. Həmçinin son bir neçə ildə “Oppo”, “Vivo”, “Xiaomi”, “Honor” və “Tecno” kimi markalar da rəqabətə qoşulub.
Bizi sosial şəbəkələrdən izləyin!!