"Qarşıdakı illərdə ixrac imkanlarımız daha da artacaq" | Banco.az

"Qarşıdakı illərdə ixrac imkanlarımız daha da artacaq"

“Ümid-Babək”, “Abşeron”, “Qarabağ”, “Şəfəq-Asiman”, “Abşeron Yarımadasının Dayazsulu Hissəsi”, “Azəri-Çıraq-Günəşli”də “dərin qaz” adlanan layihələr qarşıdakı illərdə ixrac imkanlarımızı daha da artıracaq.

Bunu energetika naziri Pərviz Şahbazov Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib.

"Bu, dövlət başçısının zənginləşdirdiyi müstəqil enerji siyasətinin zirvəsi - Cənub Qaz Dəhlizinin inkişafı, həmçinin bu günlərdə qoşulduğumuz, mənbəyi Azərbaycan olan “Həmrəylik halqası” dəhlizi üçün də önəmlidir. Bu gün qlobal enerji təhlükəsizliyinə davamlı töhfələri ilə ölkəmizin enerji və geosiyasi əhəmiyyəti daha da artır. Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji tərəfdaşlığının yeni səviyyəyə yüksəlməsində maraqlıdır. Ötən ilin iyul ayında Aİ ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, dekabrda isə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması buna bariz nümunədir. 25 QVt-dək yaşıl enerji istehsalı ilə bağlı layihələr irəlidə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi də ölkəmizin mövqeyini gücləndirəcək", - deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et