“Qarant Sığorta”dan 25% endirim | Banco.az

“Qarant Sığorta”dan 25% endirim

“Qarant Sığorta” şirkəti bu ilin sonuna qədər müştərilərinə sığorta haqqında 25%-ə qədər endirim edəcək. Bu barədə şirkətdən məlumat verilib. Məlumata görə, endirimdən faydalanmaq üçün “Qarant Sığorta”nın rəsmi internet səhifəsinə (www.qarant.az) daxil olmaq, endirim kuponunu çap etmək kifayətdir. Kuponla şirkətə müraciət edən müştərilərə kasko sığortasında 25%, digər sığorta növlərində isə (əmlak, tibbi və s.) 10% güzəşt ediləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az