Qarabağa və Şəhidlərə həsr olunmuş fotobank istifadəyə verildi | Banco.az

Qarabağa və Şəhidlərə həsr olunmuş fotobank istifadəyə verildi

www.karabakhlife.az

Qarabağ və Şəhidlərə həsr olunmuş unikal vahid fotobank yaradıldı və istifadəyə verildi.

Sözügedən platforma vasitəsilə hər bir istifadəçi şəhidlər haqqında məlumat əldə edə, eyni zamanda mövcud məlumatı yeniləyə və zənginləşdirə bilər. Bunun sayəsində platforma daim inkişaf edib təkmilləşəcək.

Əlavə olaraq fotobankda Qarabağın tarixinə, məişətinə və mədəniyyətinə aid şəkillər, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində vuruşan hərbçilərin qısa həyat hekayələri yer alacaq.

Nəzərinizə çatdıraq ki, bu layihə “PAŞA Həyat” və “PAŞA Holding” şirkətləri tərəfindən həyata keçirilir. Məqsəd Qarabağla bağlı məlumatları bir yerə toplayıb saxlamaq və yaymaq, eləcə də şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et