Qana yenidən Afrikanın ən böyük qızıl istehsalçısı olub | Banco.az

Qana yenidən Afrikanın ən böyük qızıl istehsalçısı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qərbi Afrika ölkəsi olan Qana yenidən Afrikanın ən böyük qızıl istehsalçısına çevrilib.

Banco.az xəbər verir ki, Qana ötən il qızıl hasilatında 32 faiz artımla yenidən qitənin ən böyük qızıl istehsalçısı olub.

Bu barədə Qana Mədən Palatasının sədri Coşua Mortoti açıqlama verib.

Onun sözlərinə görə, 2022-ci ildə ölkədə həm böyük, həm də kiçik və orta şirkətlərin qızıl istehsalı əhəmiyyətli dərəcədə artım göstərib. Mortoti qeyd edib ki, Qanada qızıl hasilatı bir il əvvəlki 2,8 milyon unsiyadan 2022-ci ildə 3,7 milyon unsiyaya (105 ton) yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Sədr həmçinin vurğulayıb ki, sözügedən artımda iri şirkətlərin rolu daha çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et