Qan şəkərini ölçən ilk smart saat satışa çıxarılıb | Banco.az

Qan şəkərini ölçən ilk smart saat satışa çıxarılıb

Müəllif - Aida İsaq, Banco.az

Dünyada ilk dəfə olaraq qan şəkəri məlumatlarını izləyən ağıllı saat modeli olan “Huawei Watch 4” Çində satışa çıxarılıb.

Banco.az xəbər verir ki, məlumata görə, sözügedən smart saat istifadəçini yüksək qan qlükoza problemi barədə xəbərdar edir. Beləliklə, cihaz son həftənin nəbzi və EKQ məlumatlarına əsaslanaraq nəticə təqdim edir. Bunun üçün isə müvafiq aksesuarın yeddi gün ərzində fasiləsiz istifadə olunması önəmlidir.

“Huawei Watch 4” modeli əsas və pro olmaqla iki seriyanı özündə birləşdirir. Hər iki cihaz 1,5 düymlük ekrana malikdir, lakin korpus materialları, ölçüləri və akkumulyatorun tutumu fərqlidir. “Huawei Watch 4” bir şarjla üç günə qədər, “Huawei Watch 4 Pro” isə dörd və ya hətta beş günə qədər işləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et