“Qala Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçılarının reyestrinə daxil edilib.
Banco.az xəbər verir ki, “Qala Sığorta” ASC “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası” üzrə icbari sığorta növlərini həyata keçirmək üçün 11 dekabr 2015-ci il tarixində İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib.
Beləliklə, Büroya üzv olan şirkətlərin sayı 16-ya çatıb. Hazırda “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “Paşa Sığorta”, “AXA Mbask”, “AzSığorta”, “Alfa Sığorta”, "Azərsığorta", “Meqa Sığorta”, “İpək Yolu Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, "Paşa Həyat Sığorta", "Qala Həyat Sığorta" və "Atəşgah Həyat Sığorta" da İSB-nin üzvüdür.