Şirkətlər qadın mütəxəssisləri itirmək üzrədir | Banco.az

Şirkətlər qadın mütəxəssisləri itirmək üzrədir

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası həm çalışma tərzini, həm də özümüzə və yaxınlarımıza qulluq göstərmə formasını dəyişdirdi. Pandemiyadan sonra cəmiyyətin necə formalaşacağı hələ qeyri-müəyyən olsa da, hər kəsin həmfikir olduğu bir məsələ var ki, bu da məsafədən işləməyə başlamağın bir çox şirkətin üzbəüz iclaslar və sərt çalışma saatları mövzusundakı düşüncələrini dəyişdirəcəyidir.

Bəs çalışma tərzindəki bu dəyişiklik çevik iş qrafikindən daha çox istifadə edən qadın işçilərin xeyrinə olacaqmı?

Əksər iqtisadi ekspertlər sözügedən məsələnin qadınların lehinə olacağını düşünsələr də, əslində belə olmaya bilər. Belə ki, qadın işçilərin karyeralarına mənfi təsir göstərən və şirkətlərin qadın mütəxəssislərin əməyindən kifayət qədər istifadə etməsinə əngəl olan amillər pandemiya dövründə daha da artdı. Bir çox şirkət rəhbəri mövcud strategiyalarına kiçik, ancaq bir o qədər də mühüm addımlar əlavə etməsələr, bu böhrandan uzunmüddətli mütəxəssis itkisi ilə çıxacaqlar. Lakin, bəzi əsas problemlərlə mübarizə apararaq qadın işçilərinizin bu böhran dövründə çətin vəziyyətdə qalmasına mane ola bilər, şirkətinizi bu gün və gələcəkdə onların bacarıqlarından ən yaxşı formada faydalanacaq tərzdə idarə edə bilərsiniz.

Övlad sahibi olan qadınların qarşılaşdıqları problemlərə diqqət yetirin. Qadın işçilərin əksəriyyəti ofisdəki iş masalarında ailə fotoşəkillərinə yer ayırmır, ya da uşaqlara qayğı ilə bağlı məsuliyyətləri haqqında danışmırlar. Yəni, övlad sahibi olan qadın işçilər bu məsuliyyətləri səbəbindən digərlərindən təcrid olunmaq, ya da onlara potensial yetərsiz işçi qüvvəsi kimi yanaşılmasından ehtiyat edirlər. Hazırki şərait də işləyən anaların mövcud qayğılarını artırır.

Bilindiyi kimi, qadın işçilərin karyerası pandemiyadan əvvəl də həssas mövzu idi. Ailə üzvlərinin hər ikisinin çalışdığı ailələrdə isə qadınların karyera planları adətən arxa planda qalırdı. Bəs hazırki şəraitdə, xüsusilə də uşaq baxçalarının fəaliyyət göstərmədiyi bir vaxtda qadınlar daha böyük problemlərlə üzləşməli olmurlarmı?

Ən sərfəli kredit üçün müraciət et

Odur ki, məsafədən işləyən qadın işçilərə qarşı tələbkarlığı qismən yüngülləşdirmək məsləhət görülür. Qadın işçilərin əməyini lazımi qiymətləndirməyən və onların ehtiyaclarını nəzərə almayan iş yerləri həm qadın mütəxəssislərini itirəcək, həm də qadınların karyeralarını yarımçıq qoymasına səbəb olacaqlar.

Mövcud şəraitdən uğurla çıxmaq və gələcəkdə də müvəffəqiyyət əldə etmək üçün ehtiyacınız olan ixtisaslı kadrları və mütəxəssisləri itirmək ciddi risk təşkil edir. Odur ki, qadın işçilərinizin karyerları böhranın qurbanı olarkən oturub izləməyin. Hərəkətə keçin və faydalı olun.

Həmçinin oxu: Evdən işləyən insanların məhsuldarlığı yüksək, əhval-ruhiyyəsi aşağıdır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram