Müəllif: Nisə Əsgərli, maliyyəçi-investor
Bu dünya çoxdan patriarxatlıqdan çıxıb və hətta birja öz qapılarını bəşəriyyətin gözəl yarısına açıb. Bazar tarixində qadınların maliyyə strukturlarına rəhbər vəzifələri tutması halları az deyil. İndi də əminliklə sübut etmək olar ki, qadınlar təkcə maşın sürməyi yox, həm də investisiyanı da yaxşı bacarırlar.
Sözlərimi təsdiqləmək üçün son bir neçə ildə geniş müzakirə olunan məşhur qadın treyderlərdən bir neçə misal çəkməyə çalışacağam.Və dərhal təccübləndirici nümunə. Təsəvvür edin ki, ənənələrinə sadiq və eksperimentlərə tam açıq olmayan Hindistanda 2001-ci ildə Bombay Birjasının prezidenti xanım -Dina Mehta olub. Üstəlik, medianın yazdığına əsasən, minilliyin əvvəllərində İslam Küveytinin birjalarında işgüzar xanımlar görünməyə başlayıblar.
Avropa və Amerikada isə bu artıq yenilik deyil. Avropanın ən məşhur adamlarından biri 35 yaşlı xanım superboss-Ketrin Qarrett-Koks, ən böyük ingilis fondlarından biri olan City İnvestisiya Bankının investisiya departamentinin rəhbəri vəzifəsində çalışır. Jurnalistlər hətta zarafatla ona Böyük Ketrin ləqəbi də veriblər. Bu xanım bonuslarından əlavə, ildə bir milyon funt sterlinq qazanır.
Keti Vud Wall Street-i fırtına ilə ələ keçirən qadındır. Forbes Müstəqil Qadınları 2020 siyahısında Keti Vud 250 milyon dollar sərvəti ilə 80-ci yerdədir. O, investorlar arasında çox populyardır, hətta Etsy-də portreti və "We Trust Cathy" sözləri yazılmış köynəklər satılır. Keti 2020-ci ildə Wall Street-in super ulduzuna çevrildi.
Bəlkə də biz heç vaxt çoxlu sayda peşəkar qadın investorlar görməyəcəyik, məsələn, döyüşçü qadınlar, mədənçi qadınları görmədiyimiz kimi. Çünki bu yetəri qədər ağır işdir, amma inanın ki, o qadın hansı ki bu peşəni seçib, onu həyat tərzinə çevirib, heç də kişilərdən pis, hətta bəzən daha yaxşı öhdəsindən gələ bilirik.
Bizi sosial şəbəkələrdən izləyin!!