Qadın Bankirlər Klubu "Uğurlu Satış və İşgüzar Danışıqlar" mövzusunda təlim keçirdi | Banco.az

Qadın Bankirlər Klubu "Uğurlu Satış və İşgüzar Danışıqlar" mövzusunda təlim keçirdi

3 Noyabr 2019-cı il tarixində “Women Bankers Club”un Qadın Bankirlər Akademiyası çərçivəsində "Uğurlu Satış və İşgüzar Danışıqlar" mövzusunda növbəti təlimi keçirildi. Təlim, Türkiyədən dəvət olunmuş və minlərlə insanlara təlim keçən, sahibkar, rəqəmsal strategiya üzrə məsləhətçi, şəxsi və təşkilati inkişaf üzrə kouç Sərkan Koç tərəfindən aparıldı. 

Bildirmək istəyirik ki, 25 illik təcrübəyə malik Sərkan Koç, satış və satış kanallarının idarə edilməsində, e-ticarət, rəqəmsal idarəetmə, alternativ satış kanalları, satışların inkişafı üzrə idarəetmə sahəsində müxtəlif vəzifələrində işləyib.

Yüksək interaktivli təlim zamanı təlimçi satış strategiyası və danışıqlar prosesi, onların taktikası, bədən dili və jestləri, davranış iqtisadiyyatı və s. barədə biliklərini iştirakçılarla bölüşdü. Danışıq sənətinə həvəsli olan cənab Koç, prosesi təlim auditoriyasına çevirdi, qadın bankirlərin istifadə edə biləcəkləri bilik və bacarıqları dərhal əldə etmələri üçün canlandırdı.

Bankir qadınlar təlimin yüksək səviyyədə təşkil və faydalı olduğunu istədikləri məqsədə tam nail olunduğunu qeyd etdilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirlər Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılmasını, yeni tanışlıqların, banklararası münasibətlərin qurulmasını və möhkəmləndirilməsnıi, bir-birinə işgüzar dəstəyin gösrərilməsini təmin etməkdir.

Xatırladırıq ki, klubun keçirəcəyi tədbirlər haqqında məlumatları vaxtaşırı klubun rəsmi facebook səhifəsindən əldə edə bilərsiniz. Bundan başqa bildiririk ki, klubun yalnız qadın bankirlərin qoşula biləcəyi, hazırda 500-ə yaxın üzvü olan facebook qrupu da mövcuddur.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et