Müəllif:Mehin Qasımova/Banco.az
Rusiya prezidenti Vladimir Putin Rusiya büdcəsini böyük, etibarlı və balanslı adlandırıb.
Banco.az xəbər verir ki, prezident bu barədə ölkənin kosmik sənayesinin gənc alim və mütəxəssisləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, iqtisadi vəziyyət ayrı-ayrı sahələrin, o cümlədən kosmik sənayenin öz işinin seqmentlərini inkişaf etdirməyə hazır olmasından asılıdır.
Vladimir Putin qeyd edib ki, rusların real gəlirləri 12 faizdən çox artıb.
"Ölkə sanksiyaların tətbiqindən sonra yaranan bütün problemlərin öhdəsindən gəlib. İndi bu tendensiyanı saxlamaq və onu əldən verməmək vacibdir",- deyə prezident əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!