Müəllif: Tamara Mustafayeva, Banco.az
Putin: İqtisadiyyatımız üçüncü rübdəki yavaşlamaya baxmayaraq, ümumilikdə artım göstərib.
Banco.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada Rusiya hökumət rəsmiləri ilə keçirilən görüşdə iqtisadiyyatdakı yeniliklərlə bağlı çıxış edib.
Putin Rusiyanın sənaye sektorunun bu ilin 8 ayında 4,5 faiz artdığını açıqlayıb. Onun sözlərinə görə, ölkədə işsizlik səviyyəsi 2,4 faizlə rekord aşağı səviyyədə cərəyan edir.
Prezident ölkə iqtisadiyyatının bu ilin yanvar-avqust dövründə 4,2 faiz artdığını bəyan edib.
“Bu ilin üçüncü rübündəki yavaşlamaya baxmayaraq, Rusiya iqtisadiyyatı hələ də böyüməkdə davam edir. İlin sonunda artımın 3,9 faiz olacağı və qlobal orta göstəricini üstələyəcəyi gözlənilir”, Putin bildirib.
Rusiyada yüksək faiz dərəcələrinə baxmayaraq korporativ kreditlərin sürətlə artmağa davam etdiyini bildirən Putin bu mövzuda əlavə araşdırmalar tapşırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!