Puma qeyri-adi məhsul təqdim edərək Nike ilə rəqabətə imza atdı | Banco.az

Puma qeyri-adi məhsul təqdim edərək Nike ilə rəqabətə imza atdı

Puma şirkəti, Fi adlandırılan qaytanları avtomatik bağlanan idman ayaqqabısı hazırlayıb. Yanvarın ortalarında bənzər modeli basketbolçular üçün Nike şirkəti təqdim etmişdir.

Puma, bu məhsulun hazırlanmasına 3 il sərf etmişdir. Təqdim edilən krossovkalar həm gündəlik, həm də məşqlər üçün nəzərdə tutulub. Şirkət nümayəndələri ayaqqabının satışa 2020-ci ildə çıxacağını və qiymətinin 330 dollar civarında olacağını bildiriblər.

Engadget

Hər ayaqqabı tayı xüsusi göy rəngli diod ilə təchiz edilib. Diod qaytanların bağlanılması və cərəyan yüklənməsi zamanı işıqlanır. Naqilsiz dok-stansiya vasitəsi ilə cərəyan balansını təmin etmək olar. Bir yüklənmə təqribi olaraq  90-120 dəqiqə təşkil edir, bu isə bir həftəlik istifadə üçün yetərlidir.

Engadget

Krossovkanın üst hissəsində bağları hərəkətə gətirəcək mühərrik yerləşdirilib.  Qaytanların bağlanması üçün barmağınız ilə modulun yuxarı hissəsinə doğru keçirmək lazımdır ki, bağların lazımi səviyyəyə qədər dartılması təmin edilsin. Krossovka qaytanlarının bağlanılmasını eyni zamanda əl ilə də tənzimləmək mümkündür. Bunun üçün yalnız modulu yuxarı və aşağıya doğru hərəkət etdirmək kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Akkumlyator ayaqqabının su keçirməyən hissəsində yerləşdirilib, onun üzərini yumşaq içlik örtür.

Engadget

Krossovkaları hətta iPhoneApple Watch ilə idarə etmək mümkündür. Displeydə cərəyan faizi göstərilir və onlar vasitəsi ilə hətta qaytanların bağlanılmasını da təmin etmək olar. Puma şirkətinin verdiyi məlumata görə hər ayaqqabı tayı 428 qram çəkiyə malikdir.

Fi - Pumanın avtomatik qaytan bağlama funksiyası ilə təchiz edilən ilk məhsulu deyil. Şirkət ilk dəfə 2015-ci ildə Puma Autodisc adlı məhsulunun prototipini təqdim edib.

Həmçinin oxu: İki qardaşın düşmənçiliyinin nəticəsi: Adidas və Puma