“Business İnsider” saytı aylıq maaşla çalışanlar üçün pula qənaət etmənin 9 yolunu açıqlayıb. Həmin yolları təqdim edirik:
Tərsinə hərəkət edin
Öncə qəbzləri ödəyib, sonra qalan pulu bir kənara qoymaq əvəziinə ilk əvvəl kənara qoyacağınız pulları ayırın, sonra xərcliyinizi planlayın.
2-5 illik plan qurun
Qarşıdakı 5 il üçün maliyyə olaraq nəyi etmək istədiyinizi, (6 aylıq maaşı yığmaq, ev üçün nəğd pul toplamaq) kimi planlar qurun.
Özünüzə qadağalar tətbiq edin
Çox mühüm əhəmiyyət kəsb etməyən şeylərı almayın. Alış-veriş edərkən nəfsinizə hakim olun.
Gizli varlı biri kimi yaşayın
Çox milyonerlər cah-cəllalsız, sadə həyat yaşayırlar. Hətta onları gündəlik görənlər valı olduqlarını heç düşünməzlər.
Təqaüdünüzü planlaşdırın
Ən sərfəli kredit üçün müraciət et
Karyerasının başında olanlar üçün təqaüdü planlaşdırmaq uzaq bir xəyal kimi görünsə də, bunda fayda vardır. İqtisadçılar “ev xərcləri üçün pul yığaraq qalan pullarınızı dəvət və tətillərə xərcləsəniz, necə təqaüdə çıxacaqsız?”, - deyə soruşurlar.
Büdcə hazırlayın
Əlinizə keçən pulla etdiyiniz xərclərin siyahısını tutmaq məqsədlərinizə çatmaq üçün nə qədər pul xərcləməli olduğunuzu anlamanıza kömək edəcək.
Borcdan xilas olun
Əgər kredit, ya digər iri borclarınız varsa, ilk işiniz bunlardan qurtulmaq olmalıdır.
Gəlirinizi artırın
Ya daha çox yığmalı, ya da daha az xərcləməlisiz. Əgər az maaşınız olduğunudan kənara pul ata bilmirsizsə, ikinci iş tapmağı düşünün.
Mütəxəssisdən soruşun
Maliyyə baxşları geniş olan birindən sizə pul yığmanızla bağlı məsləhətlər verməsini istəyin.
Ailem.az