Pulu hara yatırım etmək faydalıdır? | Banco.az

Pulu hara yatırım etmək faydalıdır?

Son zamanlar iqtisadiyyatda baş verən hadisələr nəticəsində insanlar əllərində olan son qəpik-quruşlarını hansı sahədə yatırım etmək haqqında fikirləşirlər. Bu barədə Banco.az portalı iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərinə istinad edərək sizə köməklik göstərəməyə çalışacaq. Bakıda daşınmaz əmlaka yatırım etmək istəyənlər paytaxtdan kənarda yerləşən, qiyməti nisbətən ucuz olan torpaq sahələrini ala bilərlər. Xüsusən də, şəhərin mərkəzində sökülən məhəllələrdəki mənzil sahiblərinə verilən kompensasiyaları nəzərə alsaq, paytaxtdan kənardakı ərazilərdə torpaq sahələrinin qiymətinin daha da bahalaşacağı gözlənilir. Hətta neftin qiyməti ucuzlaşsa belə, bu torpaq sahələrinə tələbat yüksək olacaq.

Daşınmaz əmlaka yatırım etmək istəyənlər daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinə vəsait ayırması arzuolunandır. Xüsusən də, Çexiya, Polşa, Macarıstan və Bolqarıstanda hazırda daşınmaz əmlakın qiyməti ucuzlaşır. Bu ölkələrdə daşınmaz əmlaka sərmayə qoyuluşu bir müddət sonra yüksək gəlir gətirəcək. Bakıda daşınmaz əmlakın qiyməti isə 2015-ci ilin növbəti aylarında daha da azalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Vəsaitlərini qızıla yönəltmək istəyənlərə gəlincə, isə maliyyə vəsaitlərinin zinət əşyası kimi satılan qızıla çevrilərək saxlanılması arzuolunan deyil. Çünki bu zaman qızılın alış və satış qiyməti arasında fərq olduğu üçün bu, birmənalı şəkildə imkan vermir ki, qızılda vəsait saxlamaqla gəlir əldə etmək mümkün olsun. Əgər 1000 manatlıq qızıl zinət əşyası alınıbsa, onu satarkən ən yaxşı halda, 700 manata geri alınır. Bu baxımdan, zinət xarakterli qızıla yatırım etmək doğru deyil. Ancaq bununla yanaşı, külçə halında satılan qızılın alınması arzuolunandır.