Pulla vətəndaşlıq verən ölkələr | Banco.az

Pulla vətəndaşlıq verən ölkələr

Sərmayə qoyan və ya depozit gətirən əcnəbilərə bu ölkələrdə vətəndaşlıq haqqı təqdim edilir:

ABŞ-1 milyon dollarlıq şirkət quran və ya hökumət tərəfindən təyin olunan bölgələrə 500 min dollarlıq sərmayə qoyan iş adamlarına müddətsiz yaşama icazəsi verir. Beş il sonra da vətəndaşlıq gəlir.

Kanada-400 min dollarlıq sərmayə ilə birlikdə, 800 min dollarlıq sərvət istəyir.

Dominikan Respublikası-100 min dollar investisiyaya vətəndaşlıq haqqı verərkən, yoldaş və uşaq varsa, bu  məbləğ 200 min dollara qalxır.

Uruqvay-Vətəndaşlıq üçün investisiya lazımlı deyil, ancaq adam başı aylıq gəlir 1200 dollar olmalıdır. Əvvəl müvəqqəti yaşayış, üç il sonra vətəndaşlıq verilir.

Sent-Kits və Nevis-Hökumət tərəfindən təsdiqlənən layihələrə 400 min ilə 1 milyon dollar arası investisiya etmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Qvatemala-Beş illik dövlət istiqrazlarına ən az 50 min dollarlıq investisiya, vətəndaşlıq üçün kafi olur.

İngiltərə-Beş il müddətlə İngiltərə torpaqlarında 1 milyon sterlinq məbləğində investisiya edənlər vətəndaşlıq haqqı qazanır.

Avstriya-6-10 milyon Avroluq risk sərmayəsi investisiyası lazımdır. Qurumlara 2 milyon Avroluq ianə qarşılığında da vətəndaşlıq haqqı verilir.

Almaniya-Lazımlı olan minimum investisiya miqdarı 250 min avro olaraq təyin olunarkən, bu məbləğin Alman vətəndaşlarına məşğulluq yaratması lazımdır.

Ukrayna-Şirkət adına açılan bank hesabında 100 min dollarla sərhədsiz Qeydiyyat haqqı alınır.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et