Pul yoxsa vaxt – hansı daha dəyərlidir? | Banco.az

Pul yoxsa vaxt – hansı daha dəyərlidir?

ABŞ – da aparılan bir araşdırmaya əsasən insanların vaxtdan daha çox pula əhəmiyyət verdikləri aşkar edilmişdir.

Belə ki, Amerikada yaş, gəlir səviyyəsi və peşə sahəsi üzrə fərqli qruplardan olan 4000 – dən çox insana pulun yoxsa vaxtın daha dəyərli olması ilə bağlı sual ünvanlandı. “Sosial Psixologiya Jurnalı” – nın yayımladığı araşdırmanın nəticəsinə görə anket sorğusuna qatılan insanların 60 % - i bu suala “Pul” cavabını veriblər.

Ən sərfəli kredit üçün müraciət et

Lakin, mütəxəssislər bu seçimin yanlış bir qərar olaraq dəyərləndirilməməsini bildirdilər. Çünki onların fikrincə pul istər istəməz xoşbəxtliyi də bərabərində gətirir və vaxtı daha məhsuldar dəyərləndirməyə təşviq edir.

Ancaq bu araşdırmaya qatılan insanlara 1 il sonra yenə eyni sual ünvanlandırıldığı zaman, daha öncə pulu seçənlərin 25 % - nin fikrini dəyişdiyi aşkar edildi.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et