“Pul Köçürmə” sistemlərinə görə bankların bölgüsü | Banco.az

“Pul Köçürmə” sistemlərinə görə bankların bölgüsü

Adından da göründüyü kimi, pul vəsaitlərinin bir yerdən digər bir yerə köçürülməsini təmin edən bir sistemdən söhbət açağacıq.

“Pul Köçürmə” sistemləri  təcili pula ehtiyac yarandığı halda sizin yardımınıza çata biləcək bir xidmətdir.

Banco.az olaraq, Azərbaycanda fəaliyyət göstərən bankların pul köçürmə sistemlərinin sayına və növünə görə bölgüsünü sizlərə təqdim edirik:

*Cədvələ daha rahat baxmaq üçün, zəhmət olmasa üzərinə klikləyin.

Cədvəldə banklarda hansı pul köçürmə sistemlətinin olduğunu görə bilərsiniz. Göründüyü kimi, Ölkə ərazisində ən çox istifadə olunan ilk 3 Pul Köçürmə sistemi - "Western Union", "Contact""Lider"- dir.

  • "Western Union" - beynəlxalq pul köçürmələri sistemində ən qocaman pul köçürmə sistemidir. Western Union koorporasiyası 1871-ci ildən etibarən təcili pul köçürmələri ilə məşğuldur. Hazırda dünyanın 189 ölkəsində Western Union-un 150 min məntəqəsi fəaliyyət göstərir.. Hər köçürmə əməliyyatı etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur və göndərilən pul vəsaitinin yalnız Siz tərəfindən qeyd olunan şəxsə ödənilməsinə zəmanət verir.. Köçürülmüş pul məbləğinin 10-15 dəqiqə ərzində bankda hesab açdırmadan müvafiq kodu göstərməklə əldə etmək olar. Hal-hazırda ölkədə fəaliiyət göstərən bütün banklar bu pul köçürmə sistemindən istifadə edir. 
  • Contact”– bu pul köçürmə sistemi 2000-ci ildən fəaliyyət göstərir. Contact təcili pul köçürmələri sistemi Rusiya fiziki şəxsləri üçün bank hesabı açmadan, ABŞ dolları və AVRO ilə beynəlxalq pul köçürmələri, habelə RF Rublu ilə köçürmələr həyata keçirən ilk sistemdir. Bu sistem Rusiya və əcnəbi müxbir-bankları və fərdi şəxslərə xidmət göstərilməsi üçün lisenziyaya malik ixtisaslaşdırılmış şirkətlər şəbəkəsinə əsaslanır. KONTAKT vasitəsilə pul köçürmələri zamanı ölkədaxili köçürmələrdə, rus rublu ilə köçürmələrin 2%-i, Rusiyadan kənara- Baltikyanı, MDB və digər xarici ölkələrə köçermə zamanı, rus rublı, dollar və ya avro olmasından asılı olmayaraq 3 % kommission tutulur. Rusiya daxilində bu sistemlə pul köçermələrində məbləğ məhdudiyyəti yoxdur. Ölkəmizdə 27 Bankda bu sistem aktivdir. 
  • “LİDER” – bu sistem də beynəlxalq pul köcürmə sistemidir, aktiv inkişaf edir. MDB, Baltikyanı ölkələr və uzaq xaricdə geniş yayılmaqdadı, ekspress köçermədir və bank hesabı açılışını tələb etmir. Köçürmə tarifləri məbləğin 0,95%-nə bərabərdir ki, bu da rəqiblərlə müqayisədəd rekord gostəricidir. Liderlə köçürmələr, rubl, ABŞ dollar və Avro ilə aparıla bilər. Ölkədə 21 bank bu sistemdən istifadə edir. 

Cədvəldə adı qeyd edilmədiyi üçün, bildirmək istərdik ki,  əlavə olaraq AccessBank-ın "AccessTransfer" və AFB Bank-ın "AFB Transfer" Pul köçürmə sistemləri vardır.  "AccessTransfer" və "AFB Transfer" - Filiallararası cari hesab olmadan nağd pul mədaxili ilə köçürmə sistemidir. 

Ən sərfəli kredit üçün müraciət et

Pul köçürmə sistemlərinin sayının çoxluğuna görə isə ilk yerləri "Dəmir Bank" (10), "AccessBank" (9),  "NBC Bank" (9), "Parabank" (9), "Rabitəbank" (9) tutur.