Pul çapının yatatdığı əsas problemlər | Banco.az

Pul çapının yatatdığı əsas problemlər

Hökümət dövlət borcunu azalmtaq üçün niyə pul çap  etmir? Çünki dövlətin pul çap etməsi iqtisadi aktivlik yaratmaz, əksinə inflyasiyaya səbəb olar

Gəlin bu prosesə misallarda nəzər yetirək

  1. Güman edək ki ölkə iqtisadiyyatı 10 milyon manat dəyərində məhsul istehsal edir.  Misal üçün, hər birinin qiyməti 10 manat olan bir milyon kitab çap edir. Hökümət pul təklifini iki qat artırmaq barədə qərar qəbul edir.  Ölkədə hələ də bir milyon kitabı var, lakin indi vətəndaşlarda pul çoxdur.  Kitablara olan tələb qəfildən artır, buna görə də firmalar qiymətləri qaldırır
  2. Pul təklifi iki qat artdığına görə, bir milyon kitabın hər birinin qiyməti 20  manat olacaq. İndi dövlətin 10 milyon manatdan iki dəfə çox yəni,  20 milyon manat pulu var.  Lakin satılan kitabların sayı bir milyon olaraq qalıb.
  3.  Ümumi daxili məhsulda yalnız qiymətlərin artmasına görə artım olacaq. Amma sizin çox pulunuz var, lakin ölkədə hər şey bahalaşıbsa bu iqtisadiyyatın yaxşı olduğu mənasına gəlmir.
  4. Qısa sözlə, pul çapı  məhsulun qiymətini qaldırar, miqdarına təsir edə bilməz.

İnflyasiya Problemi

Nə üçün inflyasiyanı problem hesab edirik?

  1. Əmanətlərin dəyərində düşüş.  Əgər insanların nəğd pulu varsa, inflyasiya prosesi insanların əmanətlərini dəyərsizləşdirəcək.İnflyasiya nəticəsində pula olan tələb pula olan təklifdən çox olduğuna görə, pulun yığım funksiyası da aşağı düşür.
  2. Dəyişkən qiymətlər. İnflyasiya zamanı pulla əməliyyat etmək çox çətin olur.   Qiymətlər tez-tez dəyişir.  Müəssisələr dəyişkən qiymət siyahıları üzərində daha çox xərc çəkmək məcburiyyətində qalırlar.  Məsələn, Almaniyada olan hiperinflyasiya zamanı  qiymətlər yüksək səviyyədə qalxmışdı. Yəni əgər sən səhər çörək almayıb günortaya yaxın alsan , çörəyin günorta qiyməti səhərki qiymətindən bir-neçə dəfə baha olacaqdı. Bu da,  mağazalar qarşısında növbələrin yaranması demək idi.
  3. Qeyri-müəyyənlik və qarmaqarışıqlıq.  Yüksək inflyasiya qeyri-müəyyənlik yaradır. Bu zaman firmalar sərmayə xərclərini azaldır, iqtisadiyyatda aşağı inkişaf hökm sürür.

 Pul çap etmə və dövlət borcu

Ən sərfəli kredit üçün müraciət et

Əgər dövlət pul çap edib inflyasiya yaradarsa bu  milli valyutanın dəyəri aşağı düşər.

Gəlin bunun  dərk etmək üçün Azərbaycan və Türkiyə arasında müqayisə aparaq.

  •  Düşünək ki , Azərbaycanda inflyasiya 0%-dir, Türkiyədə  isə 100%-dir
  • Bu Türkiyədə olan qiymətlərin Azərbaycandan olan qiymətlərdən iki dəfə çox olması deməkdir.
  • Yəni eyni miqdarda məhsul ala bilməniz üçün sizə iki dəfə çox Türk lirəsi lazımdır.
  • Türk lirəsinin satınalma gücü azalacaq, yəni valyuta məzənnəsinə türk lirəsinin dəyərinin aşağı düşəcək

Lakin unutmayaq ki  pul çap edilməsi həmişə inflyasiyaya səbəb olmur. Məsələn durğunluq dövründə, deflyasiya baş verdiyi zaman inflyasiya olmadan belə pul təklifini artırmaq mümkün olur. 

Xəzər Aslanov, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et