Psixoloji Piqmalion effekti nədir? | Banco.az

Psixoloji Piqmalion effekti nədir?

Gözləntilərin psixologiyamıza nə qədər təsir etdiyini hər birimiz bilirik. Gözləntilər bütünlüklə həyatımızı idarə edir. Piqmalion – gözlənti effekti, əslində, sizi, görmədiyiniz bir yöndən idarə edir. Gözlədiklərinizi yaşayırsınız. Psixoloji Piqmalion effekti adlanan təsir mexanizmini gəlin daha yaxından tanıyaq.

Piqmalion və ya Rozental effekti, yüksək gözləntilərin yüksək nəticələrə, aşağı gözləntilərin isə aşağı nəticələrə səbəb olmasıdır.

1965-ci ildə 2 araşdırmaçı, Rosenthal və Jacobson tərəfindən müəllimlər və şagirdlər arasında keçirilən eksperiment pozitiv nəticə əldə etdi. Belə ki, müəllim gözləntilərinin şagirdlərin performansına təsir etməsi, ekperimentdə öz təsdiqini tapdı.

Təsəvvür edin ki, ofisdə bir iş görürsünüz. İndi isə təsəvvür edin ki, kənardan işinizə kim isə nəzarət edir. İstər istəməz hərəkətlərinizdə dəyişikliklər olacaq. Sizin alt şüurunuz digərlərinin gözləntilərini doğrultmaq üçün çabalayır. Fərqində olmadan digərlərinin gözləntilərini doğrultmağa çalışırıq. Bir dəfə bir fikir çox diqqətimi çəkmişdi: “Gözləntilərinizi minimuma endirsəniz həmişə xoşbəxt olacaqsınız.” Bu fikrin doğruluğunu araşdırmaq borcu hiss etdim özümdə. Əgər Piqmalion effektinə görə gözləntilərlə reallıqlar üst-üstə düşürsə, niyə bu fikir təzad yaratmadı?

Ən sərfəli kredit üçün müraciət et

Piqmalion effektinin kökünə enək biraz. Kimliyimiz niyə özünü doğrultmağa çalışır? Pigmalion effektinin işləməsi üçün, əslində əsas ünsür müəllimin gözləntisi deyildi. Əsl səbəb o gözləntilər üçün özünü doğrultmaq istəyən şagirdlər idi. Səbəb “özünü doğrultmaq” arzusu idi.

Cavab da buradadır. Çox uzağa gedib sizi fəlsəfə dəryasına salmaq fikrim yoxdu. Yüksək gözləntilər nə vaxtsa özünü doğruldacaq. Amma bu sizi insanlara bağlayacaq. Sizin kimliyiniz özünü doğrultmaq üçün, öz xoşbəxtliyinizdən deyil, başqalarının xoşbəxtliyindən istifadə edəcək. Əgər siz də, mənim kimi “Xoşbəxt et, xoşbəxt ol.” düşüncəsində birisinizsə, yüksək gözləntilər sizi mükəmməl nəticələrə gətirəcək. Yox deyilsinizsə, gözləntilərinizi aşağı tutmaqla iç səsinizə qulaq asın. O sizi olmaq istədiyiniz yerə aparacaq.

Sevinc Hüseynova, Banco.az