Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu il iyun ayının 30-u tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,3 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,5% çoxdur.
Məlumata görə, problemli kreditlərin məbləği son 1 ildə 24% azalıb.
Qeyd edək ki, bu il iyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!