Problemli kreditlər azalmaqda davam edib | Banco.az

Problemli kreditlər azalmaqda davam edib

2019-cu ilin May ayının sonunda cəmi 13 milyard 198 milyon manatlıq kredit qoyuluşlarının 1 milyard 494,3 milyon manatını və ya 11,3%-ni ödəmə vaxtı keçmiş kredit təşkil edib.

Aprelin sonu ilə müqayisədə Mayda ayında ödəmə vaxtı keçmiş kreditlər 9,5 milyon manat azalıb. Ötən ilin sonu ilə müqayisədə isə (ilk 5 ayda) azalma 90,7 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin Aprel ayının sonunda cəmi 13 milyard 11,4 milyon manatlıq kredit qoyuluşlarının 1 milyard 503,8 milyon manatını və ya 11,6%-ni, 2018-ci ilin sonunda isə 13 milyard 20,3 milyon manat kreditin 1 milyard 585 milyon manatını və ya 12,2%-ni vaxtı keçmiş kreditlər təşkil etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et