Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvarın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 437.8 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin dekabr ayının 1-i ilə müqayisədə 0.6% azdır.
Qeyd edək ki, problemli kreditlər 2022-ci ilə nisbətən isə 26.3% azalıb.
Yanvar ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.8% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!