Prezidentin ehtiyat fondu 40% azaldılır | Banco.az

Prezidentin ehtiyat fondu 40% azaldılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 190,5 milyon manat və yaxud 31,2 % azaldılaraq 610 milyon manatdan 419,5 milyon manata endirilir.

Bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Prezidentin ehtiyat fondu 200 milyon manat və yaxud 40 % azaldılaraq 500 milyon manatdan 300 milyon manata endirilməsi, büdcənin ehtiyat fondunun isə 9,5 milyon manat və yaxud 8,6 % artırılaraq 110 milyon manatdan 119,5 milyon manata qaldırılması nəzərdə tutulub.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et