Sərəncama əsasən, Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.
Bu gün Prezident İlham Əliyev "M.Ç.Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilib.
Həmçinin bu gün Prezident İlham Əliyev "M.Ç.Cabbarovun Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilməsi haqqında" da Sərəncam imzalayıb.
Həmçinin Oxu: Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə daxil edildi - FƏRMAN