Prezident İlham Əliyev "Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 34,3 milyon manat ayrılıb.
Prezidentin digər bir sərəncamı ilə, “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması məqsədilə 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılıb.
Bunlardan başqa, əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 500 min manat ayrılıb.
marja