“Yaxın keçmişdə maliyyə və bank sektorunda nəzarətin lazımi səviyyədə olmaması çoxsaylı problemlər yaratmışdır”
“Yaxın keçmişdə şahidi olduğumuz kimi maliyyə və bank sektorunda nəzarətin lazımi səviyyədə olmaması bizim maliyyə sistemimiz üçün çoxsaylı problemlər yaratmışdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı bildirib.
Dövlət başçısı deyib ki, maliyyə və bank sektorunda nəzarət çox vacibdir: “Bank və maliyyə sektorunun daha da güclü nəzarətə ehtiyacı var. Villi valyutaya etimadın artırılması üçün addımlar atılıb, əmanətlərin yüz faiz sığortalanması təmin edilib. Bütün bu addımlar maliyyə sisteminin sabitləşməsi üçün atılıb. Bank sektoru üzərində lazımi nəzarət olsa idi, bəlkə də biz bu gün daha münasib mövqeyə malik olardıq. Bununla belə, hesab edirəm ki, tərəfimizdən atılmış addımlar bizə inkişaf etmiş dövlətlərə məxsus sistemin yaradılmasında yardım edəcək”.