Prezident Administrasiyasının yeni strukturu - SİYAHI | Banco.az

Prezident Administrasiyasının yeni strukturu - SİYAHI

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.

Prezidentinin Administrasiyasının yeni strukturu aşağıdakı kimidir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri - Samir Nuriyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Cəmilə Abbasova

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Anar Ələkbərov

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi - Altay Həsənov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri - Kərəm Həsənov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri - Zeynal Nağdəliyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri - Məhərrəm Əliyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri - Fuad Ələsgərov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri - Şahmar Mövsumov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri - Natiq Əmirov

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi - Azər Qasımov

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi - Elçin Bağırov

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri - Tələt Məcidov

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri - Yusuf Məmmədəliyev

Humanitar siyasət, diaspora, multukulturalizm və dini məsələlər şöbəsinin müdiri - Fərəh Əliyeva

Hüquqi ekspertiza şöbəsinin müdiri - Şahin Əliyev

Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri -

Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri -

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri - Ədalət Vəliyev

Sənəd dövriyyəsi şöbəsinin müdiri - 

Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Süleyman İsmayılov

Prezidentin İşlər müdiri - Oqtay Şahbazov

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovu vəzifəsini itirib.

Eyni zamanda Ədliyyə nazirinin müavini Məhərrəm Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, ötən ay İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov isə Administrasiyanın Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.

Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub. Şöbənin müdiri Səadət Yusifova olub. O, Prezident Administrasiyasının yeni strukturda təmsil olunmayıb.

Bundan başqa,  Aqrar siyasət məsələləri, İnnovativ inkişaf və elektron hökumət məsələləri, eləcə də Dövlət nəzarəti şöbəsi də ləğv olunub. 

Prezident İlham Əliyev Dilarə Seyidzadənin Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.