“Premium Bank” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
Bankın 2018-ci ildə faiz gəlirləri 37 mln 556 min manat, faiz xərcləri isə 14 mln 802 min manat təşkil edib. Xalis faiz gəlirləri 2018-ci ildə ötən ilə nisbətən 41,75% artaraq 22 mln 754 olub.
Bankın hesabat dövründə qeyri-faiz gəlirləri ötən ilə nəzərən 15,90% artaraq 21 mln 572 min manat, qeyri-faiz xərcləri də 36,46% artaraq 34 mln 539 min manat təşkil edib. Əməliyyat mənfəəti 4,62% artraq 9 mln 787 min manata yüksəlib.
Yekunda bank 2018-ci ili 16 mln 66 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 1 mln 600 min manat mənat mənfəətlə başa vurmuşdu. Yəni 1 ildə bankın mənfəəti 10,04 dəfə artıb.
2018-ci ildə bankın cəmi aktivləri ötən illə müqayisə də 39,68% artaraq 646 mln 284 min manat, cəmi kapital da 26,40% artaraq 134 mln 727 min manata çatıb. Kredit portfeli 48,51% artaraq 584 mln 596 min manat təşkil edib.
Fed.az